ASAP Rocky

ASAP Rocky
Ümumi məlumatlar
Doğum adı Rakim Athelaston Mayers[1]
Ləqəbi A$AP Rocky
Doğum tarixi 3 oktyabr 1988(1988-10-03) (35 yaş)
Doğum yeri
Vətəndaşlığı
Uşağı 2
Partnyoru
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, aktyor, musiqi videosu rejissoru[d], model[d], bəstəkar, rejissor
Fəaliyyət illəri 2007-ci ildən
Janrlar hip-hop[d], trep, klaud rep[d], psixodelik rep[d], eksperimental hip-hop[d], Şərq Sahili hip-hop musiqisi, alternativ hip-hop
Albom şirkətləri RCA Records[d], AWGE Records[d], Polo Grounds Music[d]
Təhsili
  • Bayard Rastin təhsil kompleksi[d]
Üzvlüyü
asaprocky.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ASAP Rocky[2] (əsl adı: Rakim Atelaston Mayers; 3 oktyabr 1988, Harlem, Nyu-York ştatı) — amerikalı repçi. Harlemdə doğulub böyüyən Rakim, karyerasına ASAP Mob rep qrupunun üzvü kimi başlayıb. Onun ilk miksteypi "Live. Love. A$AP" rep dinləyicilərinin böyük marağına səbəb olmuşdur. Miksteypin uğurundan sonra o, musiqi şirkətləri Polo Grounds MusicRCA Records ilə səsyazma müqaviləsi bağlamışdır.

Onun 2013-cü ildə buraxdığı ilk studiya albomu "Long. Live. ASAP" Billboard 200 hit-paradında bir nömrə olub, ardınca albom RIAA tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomda yer alan "Fuckin' Problems" (Dreyk, 2 ChainzKendrick Lamar ilə birlikdə) treki 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilib. Rocky çox keçməmiş 2015-ci ildə ikinci albomu "At. Long. Last. A$AP"i buraxaraq əvvəlki uğurunu təkrar etmişdir. Onun bu albomu Billboard hit-paradına daxil olaraq birinci sıraya yüksəlib, xüsusilə albomun "L$D" sinqlı və musiqi videosu 2016-cı ildə "Qremmi" mükafatına namizəd göstərilmişdir. Onun 2018-ci ildə işıq üzü görmüş üçüncü albomu "Testing" bir sıra ölkələrin musiqi sıralarına başçılıq etmişdir.

Rocky bir "BET", iki "BET Hip Hop" və bir "MTV Video Japan" mükafatına layiq görülüb, həmçinin o, iki dəfə "Qremmi" mükafatlna namizəd göstərilmişdir.[3] Rocky özünün və ASAP Mob qrupunun mahnı klipləri üçün rejissorluq etmişdir. Rocky bundan əlavə olaraq Lord Flacko təxəllüsündən istifadə edərək musiqi prodüserliyi ilə məşğul olur.[4]

  1. https://www.augsburger-allgemeine.de/panorama/Es-wird-eng-fuer-den-US-Rapper-ASAP-Rocky-in-Stockholm-id55015861.html.
  2. Anwar, André. "Es wird eng für den US-Rapper ASAP Rocky in Stockholm". Augsburger Allgemeine (alman). July 25, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 25, 2019.
  3. "Video: Danny Brown – "Blunt After Blunt" (directed by ASAP Rocky) – Consequence of Sound". Consequence of Sound. November 28, 2011. September 12, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 14, 2013.
  4. "A$AP Rocky's Long.Live.A$AP to feature production from Clams Casino, Skrillex and more – FACT Magazine: Music News, New Music". FACT Magazine: Music News, New Music. December 12, 2012. August 30, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 14, 2013.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search